Bakıda “BMW”dən 600 manatlıq ətir və pul oğurlanıb, 2 yeniyetmə saxlanılıb
sizinxeber.az xəbər saytı

Bakıda “BMW”dən 600 manatlıq ətir və pul oğurlanıb, 2 yeniyetmə saxlanılıb


Səbail rayonunda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb.

Sizinxeber.az DİN-ə istinadən xəbər verir ki, Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində “BMW” markalı avtomobildən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Səbail RPİ 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla avtomobildən içərisində 570 manat pul, sənədlər, bank kartları olan pulqabı və 600 manat dəyərində ətir oğurlanması, sonradan həmin kartlarla ümumilikdə 1090 manat dəyərində alış-veriş edilməsi məlum olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törədən 2 yeniyetmə müəyyən olunaraq saxlanılıb. Onların qəsəbə ərazisində “BMW” və “Chevrolet” markalı daha iki avtomobildən müxtəlif üsul və vasitələrlə oğurluq etmələri müəyyən edilib.

Araşdırma aparılır.

Oxşar xəbərlər

Bakıda ticarət mərkəzində avtomobildən 4600 manatlıq telefon oğurlanıb
Bakıda mağazadan 7 min manat oğurlanıb
Bakıda evdən 15 min manatlıq qızıl oğurlanıb
Nardaranda evdən 20 min manatlıq oğurluq olub
Avtomobillərdən oğurluq edənlər saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle