Binəqədidə yataqxanada yanğın olub - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində beşmərtəbəli yataqxana binasının ikinci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində binanın 2-ci mərtəbəsində ümumi sahəsi 60 kv.m. olan mənzilə artırmanın yanar konstruksiyaları və 1-ci mərtəbədə ümumi sahəsi 60kv.m. olan mənzilə artırmanın tavanı 20kv.m. sahədə yanıb.
Mənzillər və bina yanğından mühafizə olunub.
Oxşar xəbərlər
Bakıda yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə edilib - YENİLƏNİB - VİDEO
Hökməlidə obyektdə yanğın baş verib - VİDEO
Bakıda yaşayış binasındakı restoranda yanğın olub - VİDEO
Bakıda yaşayış binasındakı restoranda yanğın olub
Yasamal rayonunda onbirmərtəbəli yaşayış binasında yanğın baş verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
