DYP yollarda təhlükəsizliklə bağlı müraciət edib
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yollarda təhlükəsizliklə bağlı müraciət edib.
İdarədən Sizinxeber.az-ya verilən məlumata görə, müraciətdə deyilir:
"Son günlər müşahidə olunan qeyri-sabit hava şəraiti, xüsusilə qar və buzlanma yol hərəkətinin təhlükəsizliyinə ciddi təsir göstərir. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir. Yol Patrul Xidmətinin əməkdaşları buzlanmaya qarşı tədbirlər görür, magistral yollarda nəzarəti gücləndirir və sürücülərə zəruri yardımı göstərir. Hədəfimiz – hər kəsin təhlükəsiz şəkildə mənzil başına çatmasını təmin etməkdir".
BDYPİ sürücülərə müraciət edərək aşağıdakılırı tövsiyə edib:
Qış təkərlərindən istifadə edin və avtomobilinizin texniki vəziyyətini yoxlayın.
Hava və yol şəraitinə uyğun hərəkət sürətini seçin.
Ara məsafəsini qoruyun, qəfil manevrlərdən çəkinin.
Yol polisi əməkdaşlarının göstərişlərinə əməl edin.
Piyadalara isə bunlar tövsiyə olunub:
Yalnız müəyyən olunmuş piyada keçidlərindən istifadə edin.
Yolu keçərkən avtomobillərin sürətini düzgün qiymətləndirin.
Qaranlıq saatlarda görünən geyimlər seçin.
"Yol hərəkətinin təhlükəsizliyi hər kəsin məsuliyyətidir. Gəlin, qaydalara əməl edək, bir-birimizə qarşı diqqətli olaq", müraciətdə deyilir.
Oxşar xəbərlər
Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib
DYP əlverişsiz hava ilə bağlı xəbərdarlıq edib
DYP küləkli hava ilə bağlı müraciət edib
DYP əlverişsiz hava şəraiti ilə bağlı müraciət edib
DYP hava şəraiti ilə bağlı müraciət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












