FHN: Ötən sutka 36 yanğına çıxış olub, 7 nəfər xilas edilib
sizinxeber.az xəbər saytı

FHN: Ötən sutka 36 yanğına çıxış olub, 7 nəfər xilas edilib


Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 7 nəfər xilas edilib.

Sizinxeber.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 36 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 7 nəfər xilas edilib, 2 nəfərin meyiti təhvil verilib.

Oxşar xəbərlər

FHN: Ötən sutka 33 yanğına çıxış olub, 15 nəfər xilas edilib
FHN: Ötən sutka 23 yanğına çıxış olub, 4 nəfər xilas edilib
FHN: Ötən sutka 54 yanğına çıxış olub, 2 nəfər xilas edilib
FHN: Ötən sutka 22 yanğına çıxış olub, 7 nəfər xilas edilib
FHN: Ötən sutka 17 yanğına çıxış olub, 6 nəfər xilas edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər