Qaynını öldürməkdə təqsirli bilinən şəxsə cəza istənilib
Qaynını öldürməkdə təqsirli bilinən Həsən Həsrətovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
O, Həsən Həsrətovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra vəkillər çıxış edib. Təqsirləndirilən şəxs son söz üçün vaxt istəyib.
İclas fevralın 18-nə təxirə salınıb.
Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 2-də saat 23:45 radələrində Nizami rayonu Qara Qarayev prospektində baş verib. Belə ki, 1978-ci il təvəllüdlü Zamanov Rasim Fəxrəddin oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Aparılan araşdırma tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1980-ci təvəllüdlü Həsrətov Həsən Məmməd oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin istintaqda Həsən Həsrətovun aralarında yaranmış mübahisə zamanı qayını Rasim Zamanova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.
Oxşar xəbərlər
Bakıda kafedə bayram günü 2 nəfərin qətlinə görə tutulan şəxsə ömürlük cəza istənilib
Bəxtiyar Hacıyevə 11 il həbs cəzası istənilib
Göyçayda 17 yaşlı şəxs 26 yaşlı kişini öldürməkdə şübhəli bilinərək tutulub
Bakıda avtovağzalın girişində 25 yaşlı oğlanı öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Külli miqdarda dələduzluqda ittiham olunan şirkət nümayəndəsinə cəza istənilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













