Keşlədə yaşayış evində yanğın olub, 2 nəfər xilas edilib
sizinxeber.az xəbər saytı

Keşlədə yaşayış evində yanğın olub, 2 nəfər xilas edilib


Bakı şəhərinin Nizami rayonu, Keşlə qəsəbəsində ikimərtəbəli fərdi yaşayış evində baş verib.

Bu barədə "Sizinxeber.az"a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 200 kv.m. olan ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində beşotaqlı fərdi yaşayış evinin girişində quraşdırılmış elektrik lövhəsi və 2 ədəd dolab 5kv.m. sahədə yanıb.

Yanğınsöndürənlər tərəfindən qatı tüstülənmə səbəbindən evdə köməksiz vəziyyətdə qalan 2 nəfər xilas edilib.

Evin böyük hissəsi yanğından mühafizə olunub.

Oxşar xəbərlər

Masallıda evdə yanğın olub
Qazaxda üçotaqlı evdə yanğın olub
Masallıda evdə yanğın baş verib - VİDEO
Yasamalda yaşayış binasında yanğın olub, 9 nəfər təxliyə edilib
Xırdalanda binada yanğın olub, 23 nəfər təxliyə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle