Qazaxda üçotaqlı evdə yanğın olub
sizinxeber.az xəbər saytı

Qazaxda üçotaqlı evdə yanğın olub


Qazaxda evdə yanğın olub.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “112” qaynar telefon xəttinə Qazax şəhərində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 96 kv.m. olan birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində üçotaqlı fərdi yaşayış evinin dam örtüyünün yanar konstruksiyaları 50 kv.m. sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Oxşar xəbərlər

Masallıda evdə yanğın olub
Qazaxda ev yanıb
Qazaxda evdə yanğın olub - VİDEO
Sumqayıtda obyektdə yanğın olub
Bakıda kafedə yanğın olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle