Naxçıvanda Yeni Kərki kəndi ərazisində hərbi sursat aşkar edilib
Polis əməkdaşları tərəfindən Kəngərli rayonu, Yeni Kərki kəndi ərazisində hərbi sursat aşkar edilib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatlarının 1 ədəd 120 mm-lik, 1 ədəd 75 mm-lik top mərmisi və 2 ədəd 30 mm-lik AQS mərmisi olduğu müəyyən edilib.
Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Oxşar xəbərlər
Naxçıvanda hərbi sursat aşkar edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvanda top mərmisi tapılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kəngərlidə 5 mərmi tapılıb - FOTO - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ordubadda top mərmisi tapılıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvanda 2 ədəd top mərmisi tapılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












