Bakıda restoranın fəaliyyəti dayandırılıb - VİDEO
sizinxeber.az xəbər saytı

Bakıda restoranın fəaliyyəti dayandırılıb - VİDEO


Bakının Qaradağ rayonunda yerləşən “Xəzri” restoranının fəaliyyəti dayandırılıb.

Fövqəladə Hallar Nazirliyindən Sizinxeber.az-ya verilən məlumata görə, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti “Xəzri” restoranında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar aşkarlayıb.

Həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Xidmət əməkdaşları obyektin mətbəxində sıxılmış və mayeləşdirilmiş propan qaz balonundan istifadə edildiyini, obyektdə ilkin yanğınxəbərverici siqnalizasiya qurğusunun tam quraşdırılmadığını, mövcud olan qurğunun isə nasaz olduğunu müəyyən ediblər.

Nazirliyin məlumatında elektrik təsərrüfatındakı problemlər, yanğın su hovuzu və daxili yanğın su kranları ilə təmin olunmamaq, odsöndürən balonlarla tam təmin edilməmək, təxliyə planının olmaması kimi nöqsanlar da qeyd edilib.

"Bu səbəblərdən obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək" FHN-nin məlumatında qeyd olunub.

Xidmət yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktlarına əsaslanaraq, “Xəzri” restoranının fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.

Oxşar xəbərlər

Şabranda yanğın təhlükəli yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağstafada yanğın təhlükəli restoranın fəaliyyəti dayandırılıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsmayıllıda yanğın təhlükəli univermağın fəaliyyəti dayandırılıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
İki rayonda yanacaqdoldurma məntəqələrinin fəaliyyəti dayandırılıb - FOTO - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər