Azərbaycan hökumətindəki mənbə: Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub
sizinxeber.az xəbər saytı

Azərbaycan hökumətindəki mənbə: Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub


Dekabrda qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub.

Sizinxeber.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Azərbaycan hökumətindəki mənbələrinə istinadən məlumat yayıb.

Məlumata əsasən, Azərbaycan hökumətindəki mənbə çərşənbə axşamı agentliyə bildirib ki, dekabr ayında Rusiyadan Qazaxıstana yönləndirildikdən sonra qəzaya uğrayan Azərbaycan sərnişin təyyarəsi Rusiyanın "Pantsir-S" hava hücumundan müdafiə sistemi ilə vurulub.

"Azərbaycan tərəfində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən edilmiş "Pantsir-S" raketinin fraqmenti var”, - mənbə bildirib.

"Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Rusiyanın cənubundan Xəzər dənizi üzərindən marşrutunu dəyişərək Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub.

Oxşar xəbərlər

Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Euronews": AZAL-ın qəzaya düşən təyyarəsi Qroznı yaxınlığında Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
AZAL təyyarəsini vurduğu ehtimal edilən Rusiyanın "Pantsir-S" raket sistemi nədir, necə işləyir? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağ Ev: Əlamətlər Qazaxıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsinin Rusiya raketi ilə vurulduğunu təsdiqləyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peru Azərbaycana başsağlığı verib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər