Ağcabədidə qumbara partlayıb, 5 nəfər ölüb, 2 nəfər yaralanıb - YENİLƏNİB-1 - ADLAR - FOTO
Yanvarın 31-də saat 11:30 radələrində partlayış səbəbilə xəsarət alan 2 nəfər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Məlumata görə, onlardan 1985-ci il təvəllüdlü (qadın cinsli) şəxsə aşağı ətrafın qapalı travması, 2014-cü il təvəllüdlü (qadın cinsli) azyaşlıya isə aşağı ətrafın sıyrılmış-deşilmiş yarası diaqnozları təyin olunub. Xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib və tibb müəssisəsinin Cərrahiyyə şöbəsində müalicələri davam etdirilir.
Hazırda hər ikisinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Fəridə
***
12.48
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən parlayışın baş verməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
APA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.
Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
APA-nın əldə etdiyi məlumata görə, partlayış nəticəsində ölənlərdən üçü azyaşlıdır.
Hadisə zamanı Bəhruz Quliyev, Natiq Quliyev, Məhəmməd Məmmədli, Murad Məmmədli və Şamiq Quliyev həlak olub, Ülviyyə Məmmədli və Aysun Quliyeva isə yaralanıb.
***
12.37
Ağcabədidə qumbara partlayıb.
APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb. Baş vermiş hadisə nəticəsində 5 nəfərin öldüyü, yaralanların olduğu bildirilir. İlkin məlumata görə, onlar eyni ailənin üzvləridir.
Faktla bağlı araşdırma başlanıb.
Oxşar xəbərlər
Ağcabədidə evdə qumbaranın partlaması nəticəsində xəsarət alanların son durumu açıqlanıb
Ağcabədidə qumbara partlayıb, 5 nəfər ölüb, 2 nəfər yaralanıb - YENİLƏNİB
Sumqayıtda və Novxanıdakı partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb
Cəlilabadda avtomobil körpüdən çaya aşıb, xəsarət alanlar var - YENİLƏNİB
Qubada mikroavtobusla avtomobil toqquşub, 1 nəfər ölüb, xəsarət alan 14 nəfərdən 8-nin vəziyyəti ağırdır - YENİLƏNİB 2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













