Ağcabədidə qumbara partlayıb, 5 nəfər ölüb, 2 nəfər yaralanıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Ağcabədidə qumbara partlayıb, 5 nəfər ölüb, 2 nəfər yaralanıb - YENİLƏNİB


Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən parlayışın baş verməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.

***

12.37

Ağcabədidə qumbara partlayıb.

APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb. Baş vermiş hadisə nəticəsində 5 nəfərin öldüyü, yaralanların olduğu bildirilir. İlkin məlumata görə, onlar eyni ailənin üzvləridir.

Faktla bağlı araşdırma başlanıb.

Oxşar xəbərlər

Ağcabədidə qumbara partlayıb, ölən və yaralananlar var - YENİLƏNİB
Ağcabədidə evdə əl qumbarası partlayıb, 5 nəfər ölüb - TƏFƏRRÜAT - SİYAHI - YENİLƏNİB-2
Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - YENİLƏNİB
Sumqayıtda qumbara partlayıb, 66 yaşlı kişi ölüb - FOTO - YENİLƏNİB
Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər