DİN kibertalama halları ilə bağlı vətəndaşlara çağırış edib - VİDEO
Daxili İşlər Nazirliyi kibertalama halları ilə bağlı vətəndaşlara növbəti dəfə çağırış edib.
APA xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Xəbərdarlıqda deyilir:
"Onlayn yolla vətəndaşların bank kartlarının talanması ilə bağlı kiberdələduzların son günlər yeni üsül və texnoloji yeniliklərdən istifadə etdikləri müşahidə edilir. Süni intellektin köməkliyi ilə yaxın qohumların danışıq tərzinə oxşar klonlaşdırılan səslər və elektron nömrələrdən edilən zənglərlə vətəndaşların kartlarının talanması ilə bağlı polisə məlumatlar daxil olmaqdadır.
Sizə edilən zəngdə qarşı tərəf özünü yaxın bir adamınız, ailə üzvünüz kimi təqdim edib kart məlumatlarınızı istəyirsə mütləq şəkildə dəqiqləşdirici suallar verilməlidir. Bu yolla siz qarşı tərəfdən gələn səsin süni intellekt vasitəsi ilə hazırlanıb-hazırlanmadığına əmin ola bilərsiniz.
Bir daha hər kəsə çağırış edərək bildiririk ki, bank kartı məlumatlarınızı dəqiqləşdirmə aparmadan heç kimlə bölüşməyin.
Kartınızın təhlükəsizliyi öz əlinizdədir!"
Oxşar xəbərlər
DİN kibertalama halları ilə bağlı vətəndaşlara çağırış edib
DİN süni intellektlə bağlı xəbərdarlıq edib
DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DİN: Bank kart məlumatlarını vermək risklidir - MÜRACİƏT
DİN virtual "papaqatdı" ilə bağlı vətəndaşlara müraciət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












