DİN kibertalama halları ilə bağlı vətəndaşlara çağırış edib
Daxili İşlər Nazirliyi kibertalama halları ilə bağlı vətəndaşlara növbəti dəfə çağırış edib.
Diqqət… Onlayn yolla vətəndaşların bank kartlarının talanması ilə bağlı kiberdələduzların son günlər yeni üsül və texnoloji yeniliklərdən istifadə etdikləri müşahidə edilir. Süni intellektin köməkliyi ilə yaxın qohumların danışıq tərzinə oxşar klonlaşdırılan səslər və elektron nömrələrdən edilən zənglərlə vətəndaşların kartlarının talanması ilə bağlı polisə məlumatlar daxil olmaqdadır.
Sizə edilən zəngdə qarşı tərəf özünü yaxın bir adamınız, ailə üzvünüz kimi təqdim edib kart məlumatlarınızı istəyirsə mütləq şəkildə dəqiqləşdirici suallar verilməlidir. Bu yolla siz qarşı tərəfdən gələn səsin süni intellekt vasitəsi ilə hazırlanıb-hazırlanmadığına əmin ola bilərsiniz.
Bir daha hər kəsə çağırış edərək bildiririk ki, bank kartı məlumatlarınızı dəqiqləşdirmə aparmadan heç kimlə bölüşməyin.
Kartınızın təhlükəsizliyi öz əlinizdədir!
MƏLUMAT YENİLƏNİR ...
Oxşar xəbərlər
Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb, DİN vətəndaşlara çağırış edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
DİN süni intellektlə bağlı xəbərdarlıq edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
DİN çağırış edib: Bank kart kodlarını naməlum şəxslərə verməyin [xfgiven_updateblue][/xfgiven_updateblue]
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












