sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Naxçıvan sakini həmkəndlisini öldürməkdə şübhəli bilinir
Naxçıvanda qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb.
"Report"un yerli bürosu xəbər verir ki, yanvarın 28-də Babək rayon sakini 1976-cı il təvəllüdlü Fərzalı Behbudovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1965-ci il təvəllüdlü Rəhman Bayramovun aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Fərzalı Behbudova bıçaqla xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Babək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Rəhman Bayramov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
Oxşar xəbərlər
Xaçmazda qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb
Qobustanda ər arvadını öldürməkdə şübhəli bilinir
Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
Bakıda kişi arvadını öldürməkdə şübhəli bilinir
Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













