Xaçmazda dostunu bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
Xaçmaz rayonunun Xaspolad-oba kənd sakini 22 yaşlı Ramil Əbilovu bıçaqlayan şəxs saxlanılıb.
Sizinxeber.az-nın Şimal bürosu xəbər verir ki, R.Əbilova xəsarət yetirərək qaçan dostu 20 yaşlı Xalidov Seyidbaba Coşqun oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
***
27 yanvar, 23:10
Xaçmaz rayonunun Xaspolad-oba kəndində bıçaqlanma hadisəsi baş verib.
Sizinxeber.az-nın Şimal bürosu xəbər verir ki, 2003-cü il təvəllüdlü Ramil Əbilova bıçaq xəsarəti yetirilib.
O, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və hazırda tibbi yardım göstərilir. R.Əbilov bildirib ki, ona dostu Seyidbaba adlı şəxs bıçaq xəsarəti yetirərək qaçıb.
Hazırda onu bıçaqlayan şəxsin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xaçmazda 22 yaşlı gənc bıçaqlanıb
Xaçmazda gənc dostu tərəfindən bıçaqlanıb
Şəmkirdə 28 yaşlı qadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
Bakı sakinini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
Gədəbəydə 29 yaşlı gənci bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin










