Göyçayda tələbələrin qidadan zəhərlənmədiyi məlum olub - YENİLƏNİB-2
sizinxeber.az xəbər saytı

Göyçayda tələbələrin qidadan zəhərlənmədiyi məlum olub - YENİLƏNİB-2


Göyçayda baş verən hadisənin qida zəhərlənməsi olmadığı açıqlanıb.

Bu barədə "Sizinxeber.az" Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, baş verən hadisə ilə bağlı Agentliyinin əməkdaşlarından ibarət mütəxəssis qrupu tərəfindən aidiyyəti qurumların əməkdaşları ilə birgə müvafiq araşdırmalar aparılıb.

İlkin araşdırmalar nəticəsində hadisənin qida zəhərlənməsi olması barədə yayılan məlumatlar təsdiqini tapmayıb.

Belə ki, Göyçay rayon mərkəzi xəstəxanasından Agentliyə daxil olan məlumatda həmin şəxslərə “toksik alergik qastrid” və “dəqiqləşdirilməmiş qastrid” diaqnozları qoyulduğu qeyd edilib.

11:00

Göyçayda zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edən tələbələr evə buraxılıblar.

Bu barədə "Sizinxeber.az"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Vurğulanıb ki, yanvarın 21-də saat 13:00 radələrində 4 nəfər zəhərlənmə şübhəsi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib:

"Aparılan müayinələr nəticəsində onlara dəqiqləşdirilməmiş qastrit diaqnozu təyin edilib. Zəruri tibbi yardım göstərildikdən sonra pasiyentlər ambulator müalicə üçün evə buraxılıb".

Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə vurğulanıb ki, Göyçayda baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı birgə araşdırmalara başlanılıb.

10:25

Göyçay rayonunda 5 tələbə qız zəhərlənib.

"Sizinxeber.az"un əldə etdiyi məlumata görə, onların mağazadan aldıqları tort və evdə hazırladıqları salatdan zəhərləndiyi ehtimal olunur.

Belə ki, müxtəlif rayonların sakinləri olan və bir evdə qalan tələbə qızlar zəhərlənmə şübhəsi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum olub - YENİLƏNİB-2
Gəncə və Göygöldə kütləvi zəhərlənmənin nədən baş verdiyi açıqlanıb
Bu il qida zəhərlənmələri ilə bağlı AQTA-ya 238 müraciət daxil olub
Qəbələdə kütləvi zəhərlənmə ilə bağlı araşdırma başlanılıb
Qazaxda 18 tələbə dönərdən zəhərlənib, araşdırma aparılır - YENİLƏNİB-1

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle