Gəncə və Göygöldə kütləvi zəhərlənmənin nədən baş verdiyi açıqlanıb
Bir neçə gün əvvəl Gəncə şəhərində keçirilən yas mərasimində və Göygöldə fəaliyyət göstərən ictimai iaşə müəssisələrində (“Araz”, “Xanlar Yurdu”, “Ağ Ayı”) baş verən kütləvi zəhərlənmə hadisələri ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarından ibarət mütəxəssis qrupu tərəfindən aidiyyəti qurumların əməkdaşları ilə birgə müvafiq araşdırmalar aparılıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.
Bildirilib ki, hadisələrin qida zəhərlənməsi ilə bağlı olmadığı məlum olub: "Çoxsaylı insanın sağlamlığına zərər verən hadisələrin məişətdə istifadə edilən suyun ikincili çirklənməsi nəticəsində baş verdiyi müəyyən edilib. Faktla bağlı aidiyyəti orqanlar tərəfindən araşdırmalar davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək".
Oxşar xəbərlər
Qəbələdə toyda kütləvi zəhərlənmə olub - YENİLƏNİB
Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - YENİLƏNİB-2
Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 93 nəfərə çatıb - YENİLƏNİB-4
Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 111 nəfərə çatıb - YENİLƏNİB-5
Baş Prokurorluğun idarə rəisi: Ermənistan tərəfindən su resurslarımızın çirklənməsi ilə bağlı araşdırmalar davam etdirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehriban Əliyeva ümummilli liderin anım günü ilə əlaqədar paylaşım edib
-
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib
-
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
-
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"
-
Ümummilli lider Heydər Əliyevin anım günüdür












