NİİM sürücülərə müraciət edib - VİDEO
sizinxeber.az xəbər saytı

NİİM sürücülərə müraciət edib - VİDEO


Ötən gün axşam saatlarında paytaxtın Ceyhun Hacıbəyli və Mirəsədulla Mirqasımov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Bu zaman yolun hərəkəti hissəsindən keçən piyada qəzadan son anda xilas ola bilib. Hadisə zamanı kəsişmədə olan piyada svetoforu isə yararsız vəziyyətə düşüb.

Sizinxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sürücülərə müraciətində deyilir.

Məlumata görə, digər bir yol-nəqliyyat hadisəsi Binəqədi şosesi ilə Mehdiabad yolunun kəsişməsində qeydə alınıb. Bu qəza nəticəsində nəqliyyat svetoforu sıradan çıxıb.

"Təəssüflər olsun ki, bəzi sürücülərin qaydalara məhəl qoymaması, yüksək sürətlə nəqliyyat vasitəsini idarə etməsi və digər qayda pozuntularına yol vermələri səbəbindən qəzalar baş verir ki, bu səbəbdən də svetoforlar yararsız hala düşür və onların idarəetmə qurğusu zərər görür. Yararsız vəziyyətə düşən svetoforların yenisi ilə əvəz edilməsinin bir neçə gün çəkdiyini nəzərə alsaq, təbii ki, bu problemdən sürücü və piyadalar özləri əziyyət çəkirlər. Buna görə də bir daha xahiş edirik ki, sürücülər, xüsusilə də yolayrıclarına daxil olduqda sürət həddinə və svetoforun tələblərinə ciddi riayət etsinlər", məlumatda deyilir.

Oxşar xəbərlər

NİİM: 8 Noyabr prospektində 70 avtomobil, 48 piyada svetoforu quraşdırılıb
Bakıda məktəbin qarşısında qəza olub, svetofor yararsız hala düşüb - FOTO
NİİM: Ara məsafə saxlanmadığına görə tez-tez qəzalar baş verir - VİDEO
Bakıda avtomobil işıqfora çırpılıb - VİDEO
Yasamal rayonunda işıqforun sıradan çıxması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər