sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Xalq artisti Ağadadaş Ağayev balta atdığı mühafizəçi ilə barışıb
Xalq artisti Ağadadaş Ağayev balta atdığı mühafizəçi Nurəddin Cəlilovla barışıb.
Bu barədə "Sizinxeber.az"a mühafizəçinin özü məlumat verib.
O, barışdığını, Ağadadaş Ağayevə qarşı heç bir tələbi olmadığını deyib.
Xatırladaq ki, hadisə ötən ilin iyul ayında baş verib.
Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva xalq artistinin cinayət işində zərərçəkən qismində tanınıb.
Eləcə də onun mübahisə etdiyi Nurəddin Cəlilov barəsində də cinayət işi açılıb.
Ağadadaş Ağayev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq,silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.
Oxşar xəbərlər
Ağadadaş Ağayevin qaldırdığı mülki iddia məhkəmə baxışına verilib
Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Ağadadaş Ağayev məhkəməyə gəlməyib, həbsi tələb olunub
Ağadadaş Ağayevlə insident yaşayan mühafizəçi barəsindəki cinayət işi üzrə məhkəmə başlayır
Ağadadaş Ağayev “Medera Hospital”ı məhkəməyə verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin









