Ağadadaş Ağayevlə insident yaşayan mühafizəçi barəsindəki cinayət işi üzrə məhkəmə başlayır
sizinxeber.az xəbər saytı

Ağadadaş Ağayevlə insident yaşayan mühafizəçi barəsindəki cinayət işi üzrə məhkəmə başlayır


Xalq artisti Ağadadaş Ağayevin balta atdığı “MedEra” Hospitalın mühafizəçisi Nurəddin Cəlilovun barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Sizinxeber.az"un xəbərinə görə, cinayət işinin materialları Binəqədi Rayon Məhkəməsinə göndərilib və hakim Elçin Ağayevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası dekabrın 16-a təyin edilib.

Qeyd edək ki, N.Cəlilova Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham verilib.

Cinayət işi üzrə Ağadadaş Ağayev zərərçəkmiş qismində tanınıb.

Xatırladaq ki, bu hadisə ilə bağlı Ağadadaş Ağayev barəsində də cinayət işi var. Onun cinayət işi ayrıca icraatda hazırda Binəqədi rayon Məhkəməsində baxılır.

Oxşar xəbərlər

Ağadadaş Ağayev məhkəməyə gəlməyib, həbsi tələb olunub
Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Xalq artisti Ağadadaş Ağayev məhkəməyə gəlib - FOTO - YENİLƏNİB
Ağadadaş Ağayev “Medera Hospital”ı məhkəməyə verib
Ağadadaş Ağayev məhkəmədə özünü təqsirli bilməyib, ifadə verməyə hazır olmadığını deyib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər