Aviaqəzada xəsarət alan iki azərbaycanlının təxliyəsi ilə bağlı həkimlər konsilium keçirəcək
sizinxeber.az xəbər saytı

Aviaqəzada xəsarət alan iki azərbaycanlının təxliyəsi ilə bağlı həkimlər konsilium keçirəcək


Aktau yaxınlığında baş vermiş təyyarə qəzasından sonra Manqistau vilayət çoxprofilli xəstəxanasında müalicə alan iki azərbaycanlının təxliyəsi məsələsi ilə bağlı həkimlərlə konsilium keçirilməsi planlaşdırılır.

“Sizinxeber.az” Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

"Təyyarə qəzasında xəsarət alan iki azərbaycanlının təxliyəsi məsələsi üzrə həkimlərlə konsilium keçirilməsi və onların daşınmağa hazırlığının qiymətləndirilməsi planlaşdırılır. Xəstələr müxtəlif travmalarla, əsasən çoxsaylı zədələnmələrlə - qapalı kəllə-beyin travması, beyin silkələnməsi, döş qəfəsinin qapalı travmaları, travmatik şokla daxil olublar", - Səhiyyə Nazirliyindən bildirilib.

Bundan əlavə, qeyd edilib ki, Qırğızıstanın səhiyyə orqanları ilə xəsarət alan üç nəfərin daşınması məsələləri işlənilir, onlardan ikisi daşına bilər, biri ağır vəziyyətdədir.

Nazirlikdən bildirilib ki, təyyarə qəzasında xəsarət alan altı nəfərin vəziyyəti stabilləşib.

"Bu gün xəstəxanada altı nəfər müalicə alır. Onlardan dördü reanimasiya şöbəsində, ikisi travmatologiyadadır. Vəziyyətlərində pisləşmə müşahidə olunmur", - qurumdan bildirilib.

Oxşar xəbərlər

Qazaxıstanda təyyarə qəzasında xəsarət alan 18 nəfərin müalicəsi davam edir
Qazaxıstan Səhiyyə Nazirliyi: Təyyarə qəzasında xəsarət alanlardan birinin şəxsiyyəti müəyyən olunub
Rusiya Səhiyyə Nazirliyi: Təyyarə qəzasında xəsarət alanlardan ikisinin vəziyyəti ağır olaraq qalır
Qırğızıstan Prezidentinin mətbuat katibi: Vətəndaşımızın gətirilməsi üçün təyyarə hazırdır
Qazaxıstan Səhiyyə Nazirliyi: Aktauda Azərbaycanın üç vətəndaşının müalicəsi davam etdirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle