Qazaxıstanda təyyarə qəzasında xəsarət alan 18 nəfərin müalicəsi davam edir
sizinxeber.az xəbər saytı

Qazaxıstanda təyyarə qəzasında xəsarət alan 18 nəfərin müalicəsi davam edir


Aktau yaxınlığında qəzaya uğramış AZAL aviaşirkətinin təyyarəsinin 18 sərnişini Manqıstau vilayət xəstəxanasında qalır.

“Sizinxeber.az”un Qazaxıstan KİV-lərinə istinadən məlumatına görə, bu barədə xəstəxananın tibbi xidmətlərin keyfiyyətinə nəzarət şöbəsinin rəhbəri Janar Baymanova məlumat verib.

"Onlardan beşi reanimasiyadadır - dördü ağır vəziyyətdə, bir qadın isə son dərəcə ağır vəziyyətdədir", - o bildirib.

J.Baymanovanın sözlərinə görə, sərnişinlərdə ən çox rast gəlinən xəsarətlər sınıqlar, qarın boşluğu, ağciyər travmaları, həmçinin açıq və qapalı kəllə-beyin travmalarıdır.

Ümumilikdə, təyyarə qəzasından sonra xəstəxanaya 27 nəfər yerləşdirilib.

"Onlardan səkkiz böyük və bir uşaq Rusiyaya köçürülüb, qalanları - Azərbaycan və Qırğızıstan vətəndaşları bizim xəstəxanada qalırlar", - deyə o əlavə edib.

Oxşar xəbərlər

Aktau yaxınlığında təyyarə qəzasından 28 nəfər sağ çıxıb, 4 nəfər həlak olub - YENİLƏNİB
Qazaxıstan FHN: Aktau yaxınlığında təyyarə qəzasından 29 nəfər sağ çıxıb, 4 nəfərin meyiti tapılıb - YENİLƏNİB
Qazaxıstan FHN: Aktau yaxınlığında təyyarə qəzasından sonra 25 nəfər xəstəxanaya yerləşdirilib
Təyyarə qəzasında yaralananların xəstəxanada hansı şöbələrə yerləşdirildiyi məlum olub
Qazaxıstan Səhiyyə Nazirliyi: Təyyarə qəzasında xəsarət alanlardan birinin şəxsiyyəti müəyyən olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle