Aktau yaxınlığında təyyarə qəzasından 28 nəfər sağ çıxıb, 4 nəfər həlak olub - YENİLƏNİB
Qazaxıstanda təyyarənin qəzaya uğraması nəticəsində sağ qalanların sayı 28 nəfərə çatıb, onlardan ikisi uşaqdır.
“Report” xəbər verir ki, bu barədə Qazaxıstan operativ xidmətləri məlumat yayıb.
Manqistau vilayətinin Səhiyyə İdarəsindən bildirilib ki, xəsarət alanlara vilayət xəstəxanalarında lazımi tibbi yardım göstərilir. Hadisə yerinə 23 təcili tibbi yardım briqadası səfərbər edilib.
Bu gün Astanadan Aktauya cərrah və travmatoloqlardan ibarət mütəxəssis briqadası ilə sanitar aviasiya təyyarəsi uçur.
Manqistau vilayətinin Səhiyyə İdarəsindən “Kazinform”a bildirilib ki, hadisə yerində 4 nəfərin cəsədi aşkar edilib.
Aktau yaxınlığında təyyarə qəzasından sonra 25 nəfər xəstəxanaya yerləşdirilib.
Qazaxıstan FHN məlumatı “Report”un Qazaxıstan bürosuna təsdiqləyib.
Təyyarədə 5 ekipaj üzvü də daxil olmaqla 67 nəfər olub.
"Yaralılar haqqında məlumat dəqiqləşdirilir. İlkin məlumata görə, 25 nəfər sağ qalıb, onlardan 22 nəfər xəstəxanaya yerləşdirilib", - qurum bildirir.
Ümumilikdə dispetçer xidməti, qeyri-dövlət yanğınsöndürmə xidməti və polis departamentinin 150 nəfər şəxsi heyəti və 45 texnikası cəlb edilib.
Sərnişinlərin siyahısı dəqiqləşdirilir.
Oxşar xəbərlər
Qazaxıstan FHN: Aktau yaxınlığında təyyarə qəzasından sonra 25 nəfər xəstəxanaya yerləşdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
AZAL təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində 12 nəfər sağ qalıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstan FHN AZAL təyyarəsinin qəzası ilə bağlı qaynar xətt açıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində sağ qalan 27 nəfər xəstəxanaya yerləşdirilib, 3-ü uşaqdır - YENİLƏNİB-3 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nepalda təyyarə qəzasında ölənlərin sayı 18 nəfərə çatıb - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












