Əziz Orucovun məhkəməsinin vaxtı məlum olub
sizinxeber.az xəbər saytı

Əziz Orucovun məhkəməsinin vaxtı məlum olub


“Kanal 13” internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucovun cinayət işi üzrə məhkəmə başlayır.

APA xəbər verir ki, cinayət işi baxılması üçün Səbail rayon məhkəməsinə göndərilib və hakim Günel Səmədovanın icraatına verilib.

İş üzrə məhkəmənin hazırlıq iclası 25 dekabra təyin olunub.

Xatırladaq ki, Əziz Orucov ötən il noyabrın 27-də saxlanılıb. Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə, daha sonra 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi əlavə edilib. Daha sonra 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəyə xitam verilib.

Oxşar xəbərlər

Əziz Orucova elan olunan ittihamlardan birinə xitam verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əziz Orucovun məhkəməsi başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əziz Orucovun həbs müddəti uzadılıb  [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məhkəmə Əziz Orucovla bağlı qərar qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əziz Orucov barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər