NİİM Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar bölgələrə səfər edənlərə müraciət edib
sizinxeber.az xəbər saytı

NİİM Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar bölgələrə səfər edənlərə müraciət edib


Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.

İdarədən Sizinxeber.az-ya verilən məlumata görə, müraciətdə deyilir:

"Hər il olduğu kimi bu il də bayram və tətil günləri ilə əlaqədar bölgələrə səfər edənlərin sayının çox olacağı gözlənilir. Həm paytaxtın mərkəzi küçə və prospektlərində, həm də Bakı-Sumqayıt şosesi və şəhərə cənub istiqamətdən giriş-çıxışda rayonlara səfər edənlərin çox olması səbəbindən, xüsusilə də axşam saatlarında yollarda avtomobil sıxlığının yaranacağı ehtimal olunur. Bunu nəzərə alaraq vətəndaşlara tövsiyə edirik ki, səfərlərini erkən saatlarda planlaşdırsınlar. Gücləndirilmiş iş rejimində çalışacaq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən sürücülərə yollardakı vəziyyətlə bağlı mütəmadi olaraq məlumat veriləcək".

Oxşar xəbərlər

NİİM sürücü və sərnişinlərə müraciət edib - VİDEO
NİİM piyadalara müraciət edib - VİDEO
NİİM dərs ilinin başlanmasına görə müraciət edib: Qaydaları pozanlar məsuliyyətə cəlb olunacaq
NİİM moped və motosiklet sürücülərinə müraciət edib
DYP sabah başlayacaq “Formula-1"lə əlaqədar sürücülərə müraciət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər