Avtobusu sərxoş halda idarə edən şəxs həbs edilib
Sərnişinlərin həyatını təhlükəyə atan avtobus sürücüsu saxlanılıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında deyilir.
Qeyd olunub ki, Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən sərxoş vəziyyətdə avtobus idarə edən sürücü saxlanılıb: "Belə ki, qeyri-müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən Gəncə şəhər sakini Mehman Məmmədovun idarə etdiyi avtobus 9-cu taqımın əməkdaşları tərəfindən stasionar posta saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün alkoqollu içki qəbul etməsinə əsaslı şübhələr yarandığında onun tibbi müayinədən keçməsi təmin edilib.
Fakt təsdiqini tapdığı üçün sərnişinlərin gedişi təmin edilməklə sürücü barəsində müvafiq protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən Mehman Məmmədov sürücülük hüququ 2 il məhdudlaşdırılmaqla, 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhdid yaradan belə hallara qarşı ən kəsərli tədbirlərin görüləcəyini bildirir və sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə müraciət edərək onları çalışdıqları sahədə daha da məsuliyyətli olmağa çağırır".
Oxşar xəbərlər
Avtomobil idarə edən narkotik istifadəçisi stasionar postda saxlanılıb
Yeddi min manata yaxın cəriməsi olan sürücü həbs olunub
Svetoforun qırmızı işığında keçən iki avtobus sürücüsü saxlanılıb
Cəlilabadda avtoxuliqanlıq edən sürücü həbs edilib
Avtomobili narkotik vasitənin təsiri altında idarə edən Astara sakini həbs edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













