Qubada sürücü törətdiyi qəzada ölüb, daha üç nəfər yaralanıb
sizinxeber.az xəbər saytı

Qubada sürücü törətdiyi qəzada ölüb, daha üç nəfər yaralanıb


Quba rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

“Sizinxeber.az”un Şimal bürosunun məlumatına görə, “Lexus” markalı minik avtomobili rayonun Üçgün kəndi ərazisində idarəetməni itirərək dərəyə aşıb.

Hadisə nəticəsində sürücü, Xaçmaz rayon sakini 1979-cu il təvəllüdlü Orucov Şamil Zehyeddin oğlu ölüb, onun sərnişinləri - 1985- ci il təvəllüdlü Orucov Faiq Teymur oğlu, 1978-ci il təvəllüdlu Dəmirov Ratiq Rafiq oğlu və 1977-ci il təvəllüdlü Abdullayev Ceyhun Fərhad oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Salyanda minik avtomobili aşıb, 3 nəfər xəsarət alıb
Qubada avtomobilin dərəyə aşması nəticəsində ölən və xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
Xaçmaz rayonunda yol qəzasında piyada ölüb, sərnişinlər yaralanıb
Şirvanda avtomobil dörd piyadanı vurub
Qubada yol qəzasında xəsarət alan sürücü xəstəxanada ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər