Məhkəmə Auditorlar Palatasının sabiq vəzifəli şəxsləri ilə bağlı mobil operatorlara sorğu göndərəcək
sizinxeber.az xəbər saytı

Məhkəmə Auditorlar Palatasının sabiq vəzifəli şəxsləri ilə bağlı mobil operatorlara sorğu göndərəcək


Azərbaycan Auditorlar Palatasının üç sabiq əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Sizinxeber.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə şahidlərin ifadələri elan olunub. Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri həmin şahidlərə suallar ünvanlamaq istədiklərini bildirərək onların prosesə çağırılmasını xahiş edib. Məhkəmə vəsatəti qəbul edib.

Təqsirləndirilən Gövhər Əhmədovanın vəkili başqa vəsatət verərək, Vəli Rəhimovun 2020-ci ilin dekabrından 2021-ci ilin sonunadək harada olduğu ilə bağlı anten məlumatlarının əldə olunmasını istəyib. Gövhər Əhmədovanın Auditorlar Palatasından mənimsədiyi iddia olunan məbləği Vəli Rəhimova verdiyini deyib.

V.Rəhimov isə həmin dövrdə Xızıda olduğunu söyləyib. O, mənimsənilən məbləğin G. Əhmədova tərəfindən şəxsi ehtiyaclar üçün istifadə edildiyini iddia edib.

G.Əhmədova etiraz edərək V.Rəhimovun tez-tez işə gəldiyini, Xızıda olmadığını deyib. O, iddia edib ki, Vəli Rəhimov müvafiq sənədləri imzalamaq üçün işə gəlirmiş. V.Rəhimov cavabında elektron imza sistemi ilə sənədləri imzaladığını bildirib.

Hər iki şəxsin 2020-2021-ci illərdə harada olduğunu müəyyənləşdirmək məqsədilə onlarla bağlı anten məlumatlarının əldə edilməsi üçün abunə olduqları mobil operatorlara məhkəmə tərəfindən sorğu göndəriləcəyi açıqlanıb.

Anten məlumatlarının əldə olunması ilə bağlı proses yanvarın 17-dək təxirə salınıb.

Qeyd edək ki, Auditorlar Palatasının Maliyyə təminatı və xarici əlaqələr idarəsinin rəisi Vəli Rəhimov, həmin idarənin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Maliyyə və təşkilati-texniki təminat idarəsinin mühasibi Fəridə Novruzova Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.

İş üzrə zərərçəkmiş şəxs kimi Azərbaycan Respublikası Auditorlar Palatası tanınıb.

Oxşar xəbərlər

Auditorlar Palatasının 3 vəzifəli şəxsinin məhkəməsində qurumun nümayəndəsi ifadə verib
Auditorlar Palatasının 717 minlik mənimsəmədə ittiham olunan vəzifəli şəxsləri məhkəmədə ifadə verib
Külli miqdarda mənimsəmədə ittiham olunan “SOCAR-AQŞ”nin sabiq baş direktorunun məhkəməsi başlayıb
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmə davam etdirilib
Nazim Bəydəmirliyə hökm oxunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle