

DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsinin əlverişsiz hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.
Bu barədə APA-ya BDYPİ-dən məlumat verilib.
Bildirilib ki, sinoptiklərin verdiyi məlumata əsasən, bu gündən başlayaraq dekabrın 15-dək ölkə ərazisində havanın temperaturunun aşağı enəcəyi, Bakıda və Abşeron yarımadasında külək müşahidə olunan yağış yağacağı gözlənilib.
Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək fəsadların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlara yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, sürücülərdən sürət həddini hava şəraitinə uyğun seçməyi, külək tutan açıq ərazilərdə ehtiyatlı olmağı, yağışlı havada daha çox ara məsafəsi saxlamağı, qəfil manevr və ya kəskin tormazlama etməkdən çəkinməyi tövsiyə edir.
Həftəsonu səfərə çıxmağa hazırlaşan hərəkət iştirakçılarından magistiral yollarda əlverişsiz hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə almaq, əvvəlcədən ehtiyat tədbirləri görmək xahiş olunur.
Oxşar xəbərlər
DYP hava şəraiti ilə bağlı müraciət edib
DYP əlverişsiz hava şəraiti ilə bağlı müraciət edib
DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Yol polisi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı müraciət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
