Lerikdə iri qaya parçası yola düşüb, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb
sizinxeber.az xəbər saytı

Lerikdə iri qaya parçası yola düşüb, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb


Lerikdə iri qaya parçası yola düşüb.

Sizinxeber.az-nın cənub bürosunun verdiyi xəbərə görə, Lerik rayonunun ucqar dağ kəndi olan Dico kəndində iri qaya parçası yola düşüb. Nəticədə Lerik-Piran-Veri-Dico kənd yolu bağlanıb, nəqliyyatın hərəkətində problem yaranıb.

Kənd ərazi icra nümayəndəsi Bəyəli Bədəlov Sizinxeber.az-nın cənub bürosuna hadisəni təsdiqləyib: "Dico kənd sakinlərinin rayonla daha qısa yolu Veri-Dico yolu bağlanıb. Sakinlər digər yol olan Tikaband-Hücü-Dico yolundan istifadə edirlər. Bu da əsas yoldan bir az uzaq olur. Məsələ ilə bağlı aidiyyəti orqanlar məlumatlandırılıb. Yolsuzluq şəraitinə görə, əraziyə ağır texnikalar çıxa bilmir. Qaya parçasını yoldan götürmək üçün digər alternativ variantlar nəzərdən keçirilir".

Qeyd edək ki, hazırda Dico kəndində 10-a yaxın ailə yaşayır.

Oxşar xəbərlər

Lerikdə ərazi icra nümayəndəsinin meyiti tapılıb
İri qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru sürüşməsi müşahidə edilib, ərazi nəzarətə götürülüb
Lerikdə ərazi icra nümayəndəsinin meyiti tapılıb - FOTO - YENİLƏNİB
Lerikdə odun peçindən çıxan alov 2 yaşlı uşağın üzərinə düşüb
İri qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru sürüşməsi müşahidə edilib, ərazi nəzarətə götürülüb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle