"Abzas Media" işi üzrə məhkəmə başlayır
Qrup halında qaçaqmalçılıqda ittiham olunan "Abzas Media" əməkdaşlarının cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
APA xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Rasim Sadıxovun icraatına verilib.
Xatırladaq ki, ötən ilin noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), noyabrın 23-də direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də saytın əməkdaşı Nərgiz Absalamova, dekabrın 13-də jurnalist Hafiz Babalı, daha sonra saytın əməkdaşı Elnarə Qasımova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib.
Onlar barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Elnarə Qasımovanın həbs müddəti uzadılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Abzas Media” işi ilə bağlı saxlanılan şəxslərin həbs müddəti uzadılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Abzas media" işi çərçivəsində Elnarə Qasımova saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Abzas Media”nın əməkdaşı barəsində əlavə ittihamlar verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, Hafiz Babalı və Nərgiz Absalamovanın həbs müddəti daha 3 ay uzadılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












