Novxanıda Vüqar Həşimovun valideynlərinin evində partlayış olub, ata-anası xəsarət alıb, vəziyyətləri ağırdır - FOTO - VİDEO - YENİLƏNİB-2
sizinxeber.az xəbər saytı

Novxanıda Vüqar Həşimovun valideynlərinin evində partlayış olub, ata-anası xəsarət alıb, vəziyyətləri ağırdır - FOTO - VİDEO - YENİLƏNİB-2


Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi səbəbilə bu gün saat 08:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

TƏBİB-dən Sizinxeber.az-ya verilən xəbərə görə, hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb edilib.

Hadisə nəticəsində 1-i qadın, 1-i kişi olmaqla xəsarət alan 2 nəfər Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Reanimasiya şöbəsinə yerləşdirilən 1949-cu il təvəllüdlü şəxsə hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, 1959-cu il təvəllüdlü şəxsə isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib. Müalicələri davam etdirilir, vəziyyətləri ağırdır.

***

09:24

Məlumat verildiyi kimi, Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.

FHN Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, xilasedicilər tərəfindən həyata keçirilən operativ axtarış-xilasetmə tədbirləri sayəsində dağıntılar altından 2 nəfər sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

08:59

Abşeron rayonu, Novxaları bağlarında fərdi yaşayış evində partlayış olub.

Sizinxeber.az xəbər verir ki, dağıntılar altında qalanlar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin əməkdaşları tərəfindən xilas edilir.

Məlumata görə evdə 2 nəfər olub. Onlardan hər ikisi xilasedicilər tərəfindən evdən sağ çıxarılaraq xəstəxanaya göndərilib.

Hadisə zamanı xəsarət alan şəxslərin mərhum şahmat ustası Vüqar Həşimovun valideynləri olduğu bildirilir.

***

08:41

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

Sizinxeber.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

Oxşar xəbərlər

FHN: Masazırda uçqun nəticəsində xəsarət alanların vəziyyəti məlum olub - FOTO - YENİLƏNİB-1
Masazırda uçqun nəticəsində xəsarət alanların vəziyyəti məlum olub - FOTO - YENİLƏNİB-1
TƏBİB Sumqayıtdakı partlayışla bağlı açıqlama verib - FOTO - VİDEO - YENİLƏNİB 3
FHN: Masazırda evdə uçqun olub, bir nəfər ölüb, iki nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB
Sumqayıtda partlayış baş verən binada dağıntılar altından 3 nəfər sağ çıxarılıb - FOTO - VİDEO - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər