Sabirabadda baş vermiş qəza 3 nəfərin həyatına son qoyub - YENİLƏNİB
Sabirabadda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananların kimliyi məlum olub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ölənlər Sabirabad rayonunun Minbaşı kənd sakini, 1992-ci il təvəllüdlü Umudov Samir Qurbanəli oğlu, Həşimxanlı kənd sakini, 1993-cü il təvəllüdlü Abuzərova Salatın Rəhman qızı, Minbaşı kənd sakini, 1971-ci il təvəllüdlü Hacıyev Manaf Poladxan oğludur.
Yaralılar Çölbeşdəli kənd sakini, 1986-cı il təvəllüdlü Hüseynov Sakit Rəvan oğlu, 2017-ci il təvəllüdlü, Umudov Əli Samir oğlu və 2016-cı il təvəllüdlü Umudova Nuray Samur qızı Şirvan xəstəxanasına yerləşdiriliblər.
Avtomobillərdə sıxılıb qalmış meyitlər Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil veriliblər.
***
08.50
Sabirabadda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Minbaşı kəndi ərazisində baş verib.
Belə ki, "Toyota" markalı avtomobillə "Daewoo" markall avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb.
Yaralılar Şirvan Şəhər Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Sabirabadda 34 yaşlı kişi bıçaqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabirabadda baş vermiş qəza 3 nəfərin həyatına son qoyub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabirabadda motosikletçi qəzaya düşüb, vəziyyəti ağırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabirabadda avtomobililin vuraraq öldürdüyü piyadanın kimliyi məlum olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabirabadda 47 yaşlı kişi özünü asıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












