Laçında baş verən 4 bal zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNİB-2
sizinxeber.az xəbər saytı

Laçında baş verən 4 bal zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNİB-2


Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Ağdam stansiyasından 79 km cənub-qərbdə Laçın rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə Sizinxeber.az-ya Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, zəlzələ Laçın rayonunda 4 bala kimi hiss olunub.

Yeraltı təkanlar 15 km dərinlikdə qeydə alınıb.

***

13:07

Laçında baş verən zəlzələ Ermənistan ərazisində də hiss olunub.

Sizinxeber.az xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti Laçında qeyd alınmış yeraltı təkanın Azərbaycanla həmsərhəd olan Gorus, Mehri, Qafan və daha bir neçə yaşayış məntəqəsində 3-4 bala qədər hiss olunduğu barədə məlumat yayıb.

***

12.56

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Ağdam stansiyasından 74 km cənub-qərbdə Laçın rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə Sizinxeber.az-ya Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, zəlzələ hiss olunub.

***

12:30

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Azərbaycanda 4.5 maqnitudalı zəlzələ qeydə alınıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yerlatı təkanlar 10 km dərinlikdə, yerli vaxtla 12:10-da qeydə alınıb.

Oxşar xəbərlər

Laçında zəlzələ olub - YENİLƏNİB
Laçında zəlzələ olub, dağıntı və ya xəsarət yoxdur - YENİLƏNİB
Gürcüstanda zəlzələ olub, Azərbaycanda da hiss edilib - YENİLƏNİB
Şamaxıda zəlzələ qeydə alınıb
Gürcüstanda zəlzələ olub, Azərbaycanda da hiss edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər