Gürcüstanda zəlzələ olub, Azərbaycanda da hiss edilib
sizinxeber.az xəbər saytı

Gürcüstanda zəlzələ olub, Azərbaycanda da hiss edilib


Gürcüstanın şərqində son bir həftə ərzində üçüncü zəlzələ baş verib.

"Sizinxeber.az"un Gürcüstan bürosu xəbər verir ki, yerli vaxtla saat 12:08-də ölkədə 4,7 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Zəlzələ ocağı Dedoplistskaro şəhərindən 9 km aralıda 18 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Gürcüstandakı yeraltı təkan barədə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi də məlumat yayıb.

Mərkəzdən "Sizinxeber.az"a bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Gürcüstan ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.

Oxşar xəbərlər

Azərbaycanda 4.5 gücündə zəlzələ olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xəzərdə ardıcıl zəlzələlər: Təhlükəni dənizdən gözləyək? - RƏSMİ AÇIQLAMA + VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Braziliyada güclü zəlzələ olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Los-Anceles yaxınlığında son yarımilin ən güclü zəlzələsi olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
İndoneziyada güclü zəlzələ baş verib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər