Gəncədə ər və arvadı bıçaqlanıb, onlardan biri ölüb - YENİLƏNİB 
sizinxeber.az xəbər saytı

Gəncədə ər və arvadı bıçaqlanıb, onlardan biri ölüb - YENİLƏNİB 


Gəncə şəhərində iki nəfər mübahisə zəminində bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, bıçaq xəsarəti alan 1968-ci il təvəllüdlü Hüseynova Ulduz Elburus qızı müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, onun həyat yoldaşı 1969-cu il təvəllüdlü E.Hüseynov da bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.

Şəxsi münasibətlər zəmnində hadisəni törətməkdə şübhəli bilinən bıçaqlananların qohumu, 1982-ci il təvəllüdlü Rəşad Abbasov isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

2024-11-21 23:12

Gəncə şəhərində iki nəfər mübahisə zəminində bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, xəsarət alan 1969-cu il təvəllüdlü E.Hüseynov və həyat yoldaşı, 1968-ci il təvəllüdlü U.Hüseynova xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən Daşkəsən rayon sakini, 1982-ci il təvəllüdlü R.Abbasov polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində saxlanılıb və istintaqa təhvil verilib.

Qeyd edək ki, R.Abbasov zərərçəkən E.Hüseynovun bacısı oğludur.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Gəncədə iki nəfər mübahisə zəminində bıçaqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gədəbəydə qadın bıçaqlanıb, şübhəli şəxs kimi həyat yoldaşı saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəmkirdə market işçisi olan qadın bıçaqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gədəbəydə 29 yaşlı gənc bıçaqlanıb, saxlanılan var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəmkirdə gənc qadın bıçaqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle