Bakıda ağır qəza: 7 avtomobil toqquşub - FOTO - YENİLƏNİB
Xəbər verdiyimiz kimi, Bakının Nizami rayonunda 7 minik avtomobilinin iştirakı ilə qəza baş verib.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Sizinxeber.az-ya verilən xəbərə görə, 20.11.2024-cü il tarixində saat 20:00 radələrində Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (kişi cinsli) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub.
***
21:00
Bakının Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sizinxeber.az xəbər verir ki, hadisə Xudu Məmmədov küçəsində qeydə alınıb.
İlkin məlumata görə, qəzada 7 minik avtomobili toqquşub.
Hadisə nəticəsində 2 nəfər xəsarət alıb.
Əraziyə polis əməkdaşları cəlb edilib.
Oxşar xəbərlər
Bakıda 7 avtomobilin toqquşması nəticəsində ağır qəza baş verib - FOTO - YENİLƏNİB
Bakıda yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər xəsarət alıb
Sabunçuda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Bakıda zəncirvari qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB
Bakı-Sumqayıt yolunda "Prius" qadını vuraraq öldürüb - FOTO - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













