Şəmkirdə qətl törədilib - YENİLƏNİB-2
Şəmkir şəhərində törədilən qətlin bəzi təfərrüatları məlum olub.
“Sizinxeber.az”un Qərb bürosunun məlumatına görə, Xudat Məmmədovla Anar Süleymanov arasında mübahisə yaşanıb. Bu zaman hər ikisi bir-birinə bıçaqla xəsarət yetirib.
Nəticədə sonuncu aldığı xəsarətdən dünyasını dəyişib. Hadisə yerində olan Tural Gözəlov da bıçaq yarası alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Hadisənin şəxsi münasibətlər zəminində törədildiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.
Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib.
“Sizinxeber.az”un Qərb bürosunun məlumatına görə, Şəmkir şəhər sakini, 1995-ci il təvəllüdlü A.Süleymanov aldığı bıçaq xəsarətlərindən dünyasını dəyişib.
Digər iki yaralı 1986-cı il təvəllüdlü T.Gözəlov və 1991-ci il təvəllüdlü X.Məmmədov isə əməliyyat olunublar. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Şəmkir rayonunda kütləvi bıçaqlanma hadisəsi baş verib.
“Sizinxeber.az”un Qərb bürosunun məlumatına görə, mübahisə zəminində üç nəfər bıçaq xəsarəti alıb.
Onlar xəstəxanaya çatdırılıb, lakin yaralılardan birinin öldüyü məlum olub.
Digərləri cərrahiyyə əməliyyatına alınıblar.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
Şəmkirdə 36 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB
Şəmkirdə 36 yaşlı kişi bıçaqlanıb
Şəmkir sakininə xəsarət yetirməkdə şübhəli bilinən şəxsin kimliyi məlum olub - YENİLƏNİB
Şəmkirdə ağır yol qəzasında üç nəfər xəsarət alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













