İran üzərindəki hava məkanının bağlanması səbəbilə bəzi təyyarələr Bakı Aeroportuna eniş edib
sizinxeber.az xəbər saytı

İran üzərindəki hava məkanının bağlanması səbəbilə bəzi təyyarələr Bakı Aeroportuna eniş edib


İran üzərində hava məkanının bağlanması nəticəsində bir sıra beynəlxalq aviaşirkətlər Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu ilə müraciət edib.

Sizinxeber.az xəbər verir ki, bu barədə Heydər Əliyev Aeroportunun mətbuat xidməti məlumat yayıb.

Bakı hava limanına uğurla eniş edənlər sırasında “Jazeera Airways”aviadaşıyıcısının Moskva (DME) – Küveyt reysi, “Fly Dubai”ın Budapeşt, Moskva (VKO), Minsk, Kazan və Sankt-Peterburqdan Dubaya olan uçuşları, eləcə də “Air Arabia” aviaşirkətinin Moskva – Şarja reysi yer alır.

Heydər Əliyev Beynəlxalq Aeroportu bütün müvafiq resursları səfərbər edərək eniş etmiş reyslərə operativ və yüksək səviyyəli xidmət göstərir.

Oxşar xəbərlər

Beynəlxalq aviaşirkətlər Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş üçün müraciət edib
Beynəlxalq aviaşirkətlər məcburi eniş üçün Bakı aeroportuna üz tutub
İran hava məkanı müvəqqəti bağlandığından beynəlxalq aviaşirkətlər məcburi eniş üçün Bakı aeroportuna üz tutub
Bakı aeroportu: Məcburi eniş edən aviaşirkətlər təyinat məntəqələrinə yola düşüb
İstanbuldan Lahora uçan təyyarə Bakı hava limanına təcili eniş edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər