İran hava məkanı müvəqqəti bağlandığından beynəlxalq aviaşirkətlər məcburi eniş üçün Bakı aeroportuna üz tutub
sizinxeber.az xəbər saytı

İran hava məkanı müvəqqəti bağlandığından beynəlxalq aviaşirkətlər məcburi eniş üçün Bakı aeroportuna üz tutub


İran üzərindəki hava məkanının müvəqqəti bağlanması səbəbilə bir sıra beynəlxalq aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu ilə müraciət edib.

APA xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

Varşava–Mumbay reysini həyata keçirən “LOT Polish Airlines” aviaşirkətinin “Boeing 787” təyyarəsi yerli vaxtla saat 21:47-də Bakı aeroportunda uğurla eniş edib.

Eyni səbəblə “Qatar Airways” aviaşirkətinə məxsus Moskva–Doha reysini yerinə yetirən “Boeing 787” təyyarəsinin kapitanı Bakı aeroportuna məcburi eniş üçün sorğu ünvanlayıb. Hava gəmisi saat 21:53-də uğurla eniş edib.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu istənilən hava gəmisini, o cümlədən “Airbus A-380” kimi iri təyyarələri qəbul etmək imkanına malikdir. Hava limanı fasiləsiz rejimdə çalışaraq aviaşirkətlərin sorğularına operativ cavab verir və reyslərin təhlükəsiz icrası üçün bütün zəruri xidmətləri təqdim edir. Bütün fövqəladə vəziyyətlərdə aeroportun xidmətləri sərnişinlərin təhlükəsizliyini və rahatlığını təmin etmək üçün koordinasiyalı fəaliyyət göstərir.

Oxşar xəbərlər

Beynəlxalq aviaşirkətlər Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş üçün müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Beynəlxalq aviaşirkətlər məcburi eniş üçün Bakı aeroportuna üz tutub [xfgiven_updateblue][/xfgiven_updateblue]
İstanbuldan Lahora uçan təyyarə Bakı hava limanına təcili eniş edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Özbəkistana məxsus təyyarə Bakıya təcili eniş edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tayvana məxsus təyyarə Bakıda təcili eniş edib, sərnişin ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər