Sumqayıtda baş verən partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb – YENİLƏNİB
Sumqayıt şəhərində müəssisədə baş verən partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb.
“Report”un yerli bürosuna Sumqayıt Tibb Mərkəzindən verilən məlumata əsasən, 11:10 radələrində Mərkəzin Təcili Tibbi Yardım Xəstəxanasına 1973 və 1982-ci il təvəllüdlü iki şəxs (kişi cinsli) hospitalizasiya olunub.
Bildirilib ki, baş-boynun termiki və kimyəvi yanığı diaqnozu təyin edilən 1973-cü il təvəllüdlü və gövdənin, baş-boynun termik və kimyəvi yanığı diaqnozları təyin edilən 1982-ci il təvəllüdlü şəxslərə xəstəxananın Təcili yardım şöbəsində müvafiq tibbi yardımlar göstərilib.
Göstərilən yardımlardan sonra həmin şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Sumqayıtda yerləşən müəssisədə partlayış baş verib, iki nəfər xəsarət alıb.
“Report”un yerli bürosunun məlumatına görə, 1982-ci il təvəllüdlü Təbriz Səfər oğlu Məmmədəliyev və 1972-ci il təvəllüdlü İlham Maarif oğlu Nuruyev çalışdıqları müəssisədə qaynaq işləri görən zaman qaz sızması nəticəsində partlayış baş verib.
Nəticədə hər iki şəxs termik yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Sumqayıtda müəssisədə partlayış olub, xəsarət alanlar var
Daşkəsəndə partlayış nəticəsində xəsarət alanın son vəziyyəti açıqlanıb - YENİLƏNİB
Sumqayıtda binada yıxılan qızın vəziyyəti ağır olduğu üçün Bakıya təxliyə olunub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
