Gəncədə iki yük atomobili toqquşub, yük yerindəki məişət avadanlıqları yola dağlıb - FOTO
Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin “Gəncə Qapıları” adlanan ərazisi yaxınlığında qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mercedes” markalı yük avtomobili “HOWO” markalı avtomobilə çırpılıb.
Nəticədə “Mercedes” markalı yük avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca dəyib.
Qəza zamanı xəsarət alan olmasa da hər iki avtomobilə ciddi ziyan dəyib. Bundan başqa “Mercedes” markalı yük avtomobilində olan məişət avadanlıqları yolun hərəkət hissəsinə dağılıb.
Yolda bir qədər tıxac yaranıb, əraziyə DYP əməkdaşları cəlb olunub. Hərəkət tam bərpa edilib, qırlılıb sınan məişət avadanlıqları yoldan təmizlənib.
Qeyd edək ki, hadisə vaxtı sahibkara xeyli ziyan dəyib. Baş vermiş qəza ilə bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO
Gəncədə qəza olub, xəsarət alan var
Bakıda beş avtomobil toqquşub, ölən var - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
-
Türkiyənin iki vilayətində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb
