Bakıda beş avtomobil toqquşub, ölən var - FOTO
Bakının Suraxanı rayonunda ağır yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə aeroport şossesinin Suraxanı rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.
Əvvəlcə “Opel” markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini eyni istiqamətdə hərəkət edən “Nissan” markalı maşına çırpıb.
Nəticədə maşınlara çox ciddi ziyan dəyməyib.
Lakin eyni istiqamətdə olan “Mercedes” markalı digər avtomobil yüksək sürətlə qəzaya uğramış maşınlara çırpılıb.
Ardı ilə digər “Hyundai” və Chevrolet” markalı maşınlar da qəzaya uğramış nəqliyyat vasitələrinə çırpılıb.
Avtoqəza zamanı “Opel”-in sürücüsü hadisə yerində ölüb.
Qəza ilə bağlı Suraxan Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.
Oxşar xəbərlər
Bakıda avtomobil piyadanı vuraraq öldürüb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
