Ağ Ev noyabrın 19-da Şençjen şəhərində Rusiya, Çin və ABŞ liderləri arasında görüşün keçiriləcəyini rəsmən təsdiqləyib.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ prezidentinin iş qrafikində qeyd olunub.

Məlumata əsasən, üçtərəfli sammit "Kylin Villa" hotel kompleksində baş tutacaq. Danışıqların Bakı vaxtı ilə saat 10:30-da başlaması planlaşdırılır.

Ağ Ev qarşıdakı görüşlə bağlı başqa detalları açıqlamayıb.