Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxslər" siyahısına daxil edib.
Sizinxeber.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Arzuolunmaz şəxslər" siyahısına daxil edilən Türkiyə vətəndaşlarından biri də Yeniden Refah Partiyasının sədri Fatih Erbakandır.
Məlumata görə, müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı, hakimiyyətin zorla dəyişdirilməsinə, habelə dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıqlamaları nəzərə alınaraq, aşağıda qeyd edilən Türkiyə Respublikasının vətəndaşları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq "arzuolunmaz şəxslər" elan edilib və onların Azərbaycan Respublikası ərazisinə girişinə qadağa qoyulub.