İtaliya hökuməti təhlükəsizliklə bağlı yeni xəbərdarlıq yayımlayaraq, Vaşinqton və Tehran arasında gərginliyin artması səbəbindən vətəndaşlarına İrana səfər etməməyi tövsiyə edib.

Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, İranda olan İtaliya vətəndaşlarına da səfirlikdə qeydiyyatdan keçmək və son dərəcə ehtiyatlı davranmaq tövsiyə olunub.

Bundan əlavə, bəyanatda həbs olunma riskindən yayınmaq üçün foto və video çəkilişləri aparmamaq barədə xəbərdarlıq edilib.