Direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib.
Sizinxeber.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
2026-cı ildə keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib. Müsabiqədə müəyyən edilmiş tələblərə cavab verən 463 nəfər uğur qazanıb.
Namizədlərin müsabiqə nəticələri barədə məlumatlar onların şəxsi səhifələrinə göndərilib.
Uğur qazanmış namizədləri təbrik edir, gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq!