Ukrayna Silahlı Qüvvələri Krım körpüsünə zərbə endirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Krım "rəhbəri" Sergey Aksenov öz "Max" hesabında məlumat verib.
"Düşmən Krım körpüsünə zərbə endirib. Bununla əlaqədar nəqliyyatın hərəkəti təxminən günorta saatlarına qədər məhdudlaşdırılacaq", - deyə o bildirib.
Sergey Aksenovun sözlərinə görə, nəticələrin aradan qaldırılması üçün bütün zəruri xidmətlər səfərbər edilib və operativ qərargah yaradılıb.