Şuşa-Laçın avtomobil yolunda qəza olub
sizinxeber.az xəbər saytı

Şuşa-Laçın avtomobil yolunda qəza olub


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şuşa-Laçın avtomobil yolunun 8-ci kilometrində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “HOVA” markalı yük avtomobili idarəetməni itirərək yol kənarına aşıb və müxtəlif dərəcəli bədən xəsarətləri almış sürücü nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrlə sürücü 1980-ci il təvəllüdülü Rafail Səxavət oğlu Rəcəbovu deformasiyaya uğramış avtomobildən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Oxşar xəbərlər

Şuşa-Laçın yolunda qəza olub
Şuşa-Laçın yolunda yük maşını aşıb, xəsarət alan var - VİDEO
Şəkidə yol qəzası olub, xəsarət alan var
Sabirabadda minik və yük avtomobilləri toqquşub, xəsarət alan var
Qəza zamanı avtomobildə sıxılı vəziyyətdə qalan sürücü xilas edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər